Sign in to follow this  
Followers 0
Ragnarök

Filosof kimdir?

3 posts in this topic

Qərbdəki liberal dəyərlərin və insan haqlarının formalaşmasının köklərindən biri filosoflardır. Həmin filosoflar ki, dünya görüşünün tanrı mərkəzli və ya dövlət mərkəzli (bir sözlər - büt mərkəzli) olmasını inkar edərək, insan mərkəzli olmasına qərar vermişlər.

Bu gün demək olar ki, bütün qeyri-qərb cəmiyyətlərində insan azadlığı və liberal dəyərlərin olmamasının səbəbi də həmin cəmiyyətlərdə humanosentrik fəlsəfənin hakim olmamasıdır. Təkrar etməyə ehtiyac yoxdur - patriarxal və ya teosentrik cəmiyyətdə insan hüququndan söhbət gedə bilməz. Əgər bu gün anasının sevgilisi olduğu üçün oğlu onu bıçaqlayırsa və cəmiyyət o cinayətkarı dəstəkləyirsə, deməli ona cəmiyyət yox, heç sürü də yox, zibil yeşiyi demək gərəkdir ki, həmin zibillərin başına nə qədər faciə, soyqırım gətirsən, nə qədər onlara qarşı brakonyerlik etsən, azdır. Səbəbi isə həmin cəmiyyətlərdə düya baxışını formalaşdıran ciddi bir filosofun olmamasıdır. 

Azərbaycanda adını filosof qoyan yekə kişi bütün günü seksdən, cinsi əlaqədən yazırsa, özünü azad fikirli kimi göstərib camaatı aldadırsa, lakin söhbət insan azadlığından gedən zaman həmin anda dövlətin tərəfini tutursa, onda onun aid olduğu cəmiyyət də onun kimi mənasız, ikiüzlü cəmdəklərdən ibarət olacaq. Bir də görürsən ki, adını filosof qoya-qoya dövlətə yaltaqlanır, baxanda adamın lap mədəsi bulanır. Adını filosof qoymuş elələri adətən azad seksi təbliğ edir (razılaşın ki, çox bayağı, düşük, sarı bulvar qəzetlərinə aid olan hərəkətdir), lakin insanın ətçəkən aparat olan dövlət qarşısında heç bir məsuliyyətinin olmaması, məsələn icbari hərbi xidmət olan dövlətlərdə fərariliyin fərdi azadlıq üçün müqəddəs və qaçılmaz bir əməl olması olması haqqında tesiz müstəviyə gələn kimi bunun dövlətçiliyə zidd olması, dövlətin maraqlarına ziyan vurması haqqında söz-söhbət salır, özünün filosof yox, avaranın biri olmasını üzə çıxarır. 

Əsil filosof heç vaxt dövlətçi olmaz. Mümkün deyil, olmamalıdır. Hətta dünyanın ən yaxşı dövlətində yaşasa da, individualizmi kollektivizmdən, humanizmi etatizmdən üstün tutmalıdır. Dövləti insana qurban gətirməyi bacarmalıdır. Fəlsəfə yaranan gündən onun məğzi insan və onun rahatlığı, azadlığı olub. Dövlətçiliyi dəstəkləyən filosof pasientə zəhər verən həkim kimi bir şeydir, apar eləsini tulla, qoy seksdən zaddan yazıb meymunluq etsin. Ürəyində fəlsəfə döyünməyəndən sonra qələmindən nə çıxsa, əhəmiyyəti yoxdur. Gic-gic seksdən yazmaq azad fikirli olmaq demək deyil, dövlətçiliyi insançılığa qurban gətirmək azad fikirli olmaqdır. Yox, əgər məqsəd filosof olmaq yox, meymunluq etməkdirsə, onda başqa məsələ.

Ilkin Santak

4

Share this post


Link to post
Share on other sites

Beyendiyimi sadece reputation'la yox, sozle de bildirmek istedim. Gozel yazidir.

1

Share this post


Link to post
Share on other sites

Aa İlkin Santak ) Onun fbdə bir ara sağlamlıqla bağlı səhifəsi var idi, indi bağlanıb deyəsən. Həmin dövrdə sosial şəbəkələrin fenomeni - Turanə Ağbulud da var idi, yaşayır o? :D Bilirəm, mövzu ilə çox əlaqəsiz oldu, so sorry )

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0