Odin.az saytının məqsədi öyrətməköyrənməkdir. Daha çox dünyagörüşü artıracaq məlumatların paylaşılması məqsədi daşıyır.


Saytda daxil olacaq hər bir istifdəçinin ilk vərəcəyi suallar yəqin ki, bunlar olar.
a) Nəyə görə odin.az saytında qeydiyyatdan keçməliyəm?
b) Odin.az bir sayt olaraq mənə nə kimi imkanlar verir?
c) Saytın nə kimi imkanları var?

pandora

Saytın forumu. İstifadəçilər müvafiq forum bölmələrində mövzular açıb, onları müzakirə edə, fikirlərini bölüşə, beyin fırtınasında iştirak edə bilər. Beləcə, debat xarakteri almış mövzularda öyrənəciyiniz və öyrədəcəyiniz çox şey ola bilər. Həmçinin forumda müxtəlif sorğular da əlavə etmək imkanları var.

Saytında ensiklopediya layihəsi Pandora. Saytda vikipediya xarakterli Pandora adlı bölmə vardır. Bu bölmədə istənilən qeydiyyatdan keçmiş istifadəçi sırf ensiklopedik informasiya xarakteri daşıyacaq məlumatlar paylaşa bilər. Digər istifadəçilər isə oxuyur, öyrənir, bəyənir. Zamanla bazada daha çox məlumatın olması planlaşdırılır.

Saytın blog şəbəkəsi. Saytda qeydiyyatdan keçmiş istifadəçilər özünə şəxsi və yaxud qrup bloglar aça bilər. Şəxsi blogunda öz maraqlarına uyğun mövzularda paylaşa bilər və yazılarını oxucalara təqdim edə bilər və yaxur bir neçə nəfər qrup blog yaradaraq, bir blogun bir neçə yazarı ola bilər və müəyyən mövzulu bloglarında yazılar əlavə edə bilər.

Saytın xəbər bölməsi. Qeydiyyatdan keçmiş hər bir istifadəçi sayta xəbər əlavə edə və həmçinin dərc olunmuş xəbərləri oxuya bilər.

Saytda istifadəçi profilləri. Qeydiyyatdan keçmiş hər bir istifadəçinin şəxsi profili olur. Hansı ki, geniş funksionallığa malikdir. Sayt daxili mesajlaşma funksiyasından tutmuş, statuslar paylaşmağa qədər. Hər bir istifadə sosial şəbəkədəki hesabı ilə öz odin hesabını sinxronlaşdıraraq, avtomatik profil və cover şəklini dəyişə, statuslar paylaşa bilər. Məsələn, əgər siz facebook hesabınızla sinxronlaşdırsanız, facebook hesabınızdakı cover və profil şəkli sizin odin.az saytında profilinizdəki cover və profil şəkli olacaq. Seçiminizdən asılı olaraq facebookda yazdığınız statuslar avtomatik saytda da dərc oluna bilər və yaxud əksinə olaraq burda paylaşdığınız statuslar avtomatik facebookda profilinizdə dərc oluna bilər.

Saytda ümumi statuslar səhifəsi. Saytda qeydiyyatdan keçmiş hər bir istifadəçinin statuslarını izləyə bilərsiniz.

Saytda istifadəçilərə, bloglara, müəyyən mövzulara, xəbərlər və s. abunə ola (follow) bilərsiniz. Hansı ki, hər hansı yenilik olan təqdirdə sizə avtomatik bildiriş gələcək və siz maraqlandığınız şey haqda rahat xəbərdar olacaqsız.

Saytda reputasiya və dərəcələrin olması sayt istifadəçiləri arasınd rəqabət və saytdakı marağı gücləndirir. Bir növ, sizin paylaşımlarınızın nə qədər dəyərli olduğunun göstəricisi hesab olunur. Yaxşı paylaşım, daha çox istifadəçi tərəfindən paylaşımlarınızın bəyənilməsi deməkdir. Daha çox bəyənmə sayt daxilində daha çox reputasiyanın qalxması deməkdir.

Saytın təqvimi. Hansı ki, saytda hər bir istifadəçi görüşlər (event) də yarada bilər.

Saytın online kitab bölməsi. Saytda online kitab oxumaq imkanları əldə etmiş olursuz. (Hazırlanma mərhələsindədir)

Saytın foto və video qalereyası. Saytda qeydiyyatdan keçmiş hər bir istifadəçi özünə albomlar yarada, mövcud albomlara əgər icazə varsa, şəkil əlavə edə bilər. Həmçinin bəzi qrup istifadəçilər üçün video əlavə etmək imkanı. (Hazırlanma mərhələsindədir)

Saytda yükləmələr. Saytdakı hər hansı kitabları, proqramları, referatları və sizə maraqlı olacaq digər materialları yükləmək imkanı. (Hazırlanma mərhələsindədir)



GƏLƏCƏK PRESPEKTİVLƏR

Sayt daxilində qruplar yaratmaq imkanı. Hər kəs üçün açıq qruplar, gizli qruplar, yalnız kodu bilənlər üçün daxil ola biləcək qruplar. Hansı ki, müxətlif mövzuların müzakirəsi, real görüşlər, müəyyən mövzu maraqlara uyğun real və virtual dostların tapmağa kömək edəcək.

Online məhsullarınız auksion xarakterli satışı. Hər bir istifadəçi öz məhsullarınız istədiyi qiymətə online auksionda satışa çıxarda biləcək.

Online dil kursları, qrammatika və lüğətlərin yaradılması.